“Oyunçularımız rəqibin qarşısında möhkəm dayandılar”

“Oyunçularımız rəqibin qarşısında möhkəm dayandılar”

Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən “Atletik” (İspaniya) - “Qarabağ” matçının (3:1) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

 

“Azarkeşlər üçün çox maraqlı oyun alındı. İstərdik ki, ən azı məğlub olmayaq. Bunun üçün şanslarımız da var idi. Dünən sona kimi mübarizə aparacağımızı demişdim. Bu gün futbolçularım bunu bacardılar. Çox dinamik və sürətli komanda ilə qarşılaşdıq. Asan olmasa da, oyunçularımız rəqibin qarşısında möhkəm dayandılar. Belə gözəl atmosferdə bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Get-gedə rəqiblər güclənir, məsuliyyət artır. Çünki turlar keçdikcə bütün komandalar xallarının sayını artırmağa çalışacaq. Qarşıdakı matçlarda da intizamlı oynamağa və yaxşı mübarizə aparmağa çalışacağıq”.

4