19 yaşadək futbolçulardan ibarət komandamız UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Liqa mərhələsinin III turunda oyuna çıxan "Qarabağ"ın rəqibi “Atletik Bilbao” klubu olub. İspaniyada baş tutan görüşdə Bilbao təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandamız IV turda “Çelsi”ni qəbul edəcək. İngiltərə klubu ilə matç noyabrın 5-də "Azersun Arena"da keçiriləcək.