Qurban Qurbanov: “Çox yaxşı oyunla qələbə qazandıq”

Qurban Qurbanov: “Çox yaxşı oyunla qələbə qazandıq”

Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Benfika” (Portuqaliya) - “Qarabağ” matçının (2:3) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

 

“İlk növbədə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla qələbə qazandıq. Bu gün məğlub da ola bilərdik. Çünki matçın əvvəllərində iki top fərqi ilə geri düşmüşdük. Oyunu çevirmək heç də asan deyildi. Ancaq futbolçularda inam, mübarizədən qopmamaq və vurduğumuz ilk qol bizə qalibiyyət əldə etməyə kömək oldu. Bu, həm bizim klubun, həm də Azərbaycan futbolunun tarixində Çempionlar Liqasında ilk qələbədir. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

5