Qurban Qurbanov: “Çox vacib 3 xal qazandıq”

Qurban Qurbanov: “Çox vacib 3 xal qazandıq”

Misli Premyer Liqasının VIII turunun “Turan Tovuz” - “Qarabağ” oyunundan (1:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Xeyli müddət idi futbolçular bir yerdə deyildilər. Heyətdə də rotasiyalar etmişdik. Rəqib ilk hissədə topla istədiyimiz kimi davranmağa imkan vermirdi. Daha çox uzun toplar, mübarizə var idi. Amma ikinci hissədə tam fərqli oyun oldu. Fasilədən sonra daha rahat oynamağa başladıq. Çox vacib 3 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

 

Qurban Qurbanov oktyabrın 22-də Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində İspaniyanın “Atletik” klubuna qarşı səfərdə keçiriləcək oyunla bağlı da danışıb: “Atletik”i tam təhlil etməmişik, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda diqqət ayıracağıq. İstənilən komandanın özəlliyi var. Onun qarşısını almaq üçün meydanda diqqəti olmalıyıq. Statistikaya görə, “Atletik” ən dinamik futbol oynayan komandalardan biridir. Hətta birinci yerdə idilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağa və rəqibin oyun üslubunun qarşısını almağa çalışacağıq”.

10