Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Atletik”ə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Oktyabrın 22-də Bilbaodakı “San Mames” stadionunda baş tutacaq görüşə Xorvatiya və İsveçrədən olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı xorvatiyalı İqor Payaç idarə edəcək. Həmyerliləri Boyan Zobeniça və İvan Mixali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Zdenko Lovriç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri İvan Bebek və isveçrəli Fedayi San olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. “Atletik” - “Qarabağ”
Baş hakim: İqor Payaç
Baş hakimin köməkçiləri: Boyan Zobeniça, İvan Mixali
Dördüncü hakim: Zdenko Lovriç
VAR: İvan Bebek (hamısı Xorvatiya)
AVAR: Fedayi San (İsveçrə)
Bilbao, “San Mames” stadionu