U-17 qrup mərhələsində son oyununu keçirdi

U-17 qrup mərhələsində son oyununu keçirdi

17 yaşadək futbolçulardan ibarət komandamız “Gothia Puma Trophy”də növbəti oyununu keçirib. “Qarabağ” qrup mərhələsində son matçına çıxıb.

 

İsveçdə təşkil olunan yarışda IV qrupda yer alan komandamız III turda yerli “Höteborq”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Beləliklə, komandamız qrup mərhələsini 4 xalla başa vurub. “Qarabağ”ın qrupdakı mövqeyi son turun digər matçından sonra dəqiqləşəcək.

 

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan komandamız ardınca “Sportinq Laqos”la heç-heçə edib – 0:0.

2