“Zalsburq” – “Qarabağ” – 2:1
Nəriman Axundzadə
Komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışında dördüncü – sonuncu yoxlama oyununu keçirib. Qurban Qurbanovun yetirmələri yerli “Zalsburq”la qarşılaşıb.
Komandamız matça aşağıdakı start heyəti ilə başlayıb: Fabiyan Buntiç, Dani Bolt, Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Kadi Borqes, Abdullah Zubir (k), Nəriman Axundzadə.
Matç Alois Latini stadionunda baş tutub. Üç qolun vurulduğu görüşdə meydan sahibləri qalib gəliblər – 2:1. Komandamızın yeganə qoluna Nəriman Axundzadə imza atıb.
Qeyd edək ki, komandamız Avstriya toplanışı çərçivəsində buna qədər Ukraynanın “Metallist 1925” (4:5) və Niderlandın “Tvente” (3:2, 1:2) kollektivləri ilə yoxlama oyunu keçirib.