17 yaşadək futbolçulardan ibarət komandamız “Gothia Puma Trophy”də növbəti oyununu keçirib. “Qarabağ” qrup mərhələsinin II turunun matçına çıxıb.
İsveçdə təşkil olunan yarışda IV qrupda yer alan komandamız “Sportinq Laqos”la üz-üzə gəlib. Görüş qolsuz sülhlə başa çatıb - 0:0.
Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan komandamız sabah “Höteborq”la üz-üzə gələcək.