Klubumuz oyunçumuz Aleksey İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi “Sabah” komandası ilə razılığa gəlib.
2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey komandamızla iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.
Aleksey İsayevə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.