Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Benfika”ya qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Sentyabrın 16-da Lissabondakı “Da Luş” stadionunda baş tutacaq görüşə Belçika və İsveçrədən olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı belçikalı Erik Lambrexts idarə edəcək. Həmyerliləri Jo de Veirdt və Kevin Monteni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Nathan Verbumen dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Bram Van Drieşşe və isveçrəli Fedayi San olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr
23:00. “Benfika” - “Qarabağ”
Baş hakim: Erik Lambrexts
Baş hakimin köməkçiləri: Jo de Veirdt, Kevin Monteni
Dördüncü hakim: Nathan Verbumen
VAR: Bram Van Drieşşe (hamısı Belçika)
AVAR: Fedayi San (İsveçrə
Lissabon, “Da Luş” stadionu