Misli Premyer Liqasının III turunun “Karvan-Yevlax” - “Qarabağ” oyunundan (0:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Heç də asan qalibiyyət olmadı. Belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Yenə də bizim üçün çox vacib oyun idi. İstirahətə qalibiyyətlə yollanmaq önəmli idi. Bizi dəstəkləmək üçün bura gələn azarkeşlərimizə təşəkkür edirəm”.