Misli Premyer Liqasının IX turunun “Qarabağ” – “Şamaxı” oyunundan (0:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:
"Bizim üçün asan oyun olmadı. Sadəcə, daha dinamik matçın keçməsini istərdim. Təəssüf ki, alınmırdı. Rəqibin oyun üslubu elə idi ki, meydanda yerləşməyə rahat imkan olmurdu. Əks-hücumlara sürətli keçirdilər. Oyunun tez-tez dayanması da müəyyən problem yaradırdı. Xallarımızın üzərinə daha bir xal gəldi. Azarkeşlər sağ olsunlar, yenə sona kimi bizi dəstəklədilər. Görünən odur ki, çempionatda mübarizə gərgin keçəcək".