“Mübariz oyun göstərmək istəyirik”

“Mübariz oyun göstərmək istəyirik”

Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Elvin Cəfərquliyevin iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.

 

Qurban Qurbanov futbolçularına güvəndiyini söyləyib: “Bizi çox maraqlı oyun gözləyir. Zəngin tarixə malik komanda ilə qarşılaşacağıq. Belə böyük klubların Azərbaycana gəlməsi, ulduz futbolçuları azarkeşlərin canlı görmələri bir stimuldur. Bunlar futbolumuzun inkişafına, bu idman növünün ölkəmizdə daha çox sevilməsinə təkandır. Oyuna heç də pis hazırlaşmamışıq. Sabah meydanda yaxşı, mübariz oyun göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlərimiz oyunumuzdan razı qalacaqlar”.

 

Elvin Cəfərquliyev də matça hazır olduqlarını deyib: “Sabah böyük komandaya qarşı oynayacağımızın fərqindəyik. İnamlı, mübariz və səbirli olmalıyıq. Matçın mahiyyətinin nə qədər böyük olduğunu bilirik. Bütün Azərbaycanın gözü bizdə olacaq. Buna baxmayaraq, komanda olaraq çox rahat olmalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Bir az fərqli sistemdə çıxış edirlər. Çox güclü futbolçuları var. Cüzi səhvdən yararlanmağı bacarırlar. Buna görə də diqqətli olmalıyıq. Komanda olaraq görüşə hazırıq”.

2