“Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşdi

“Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşdi

Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsiyə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Avstriyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

Qarşılaşmanı Sebastian Gişamer idarə edəcək. Roland Riedel və Santino Şreiner baş hakiminin köməkçiləri olacaqlar. Uolter Altmann dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Manuel Şuettenqruber Jozef Sparni olacaqlar.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

5 noyabr

 

21:45. “Qarabağ” – “Çelsi”

Baş hakim:  Sebastian Gişamer

Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner

Dördüncü hakim: Uolter Altmann

VAR: Manuel Şuettenqruber

AVAR: Jozef Sparni

(Hakimlər briqadası Avstriyadandır)

Tofiq Bəhramov adına Respublika stadionu

4