Komandamızın Azərbaycan kubokunun 2025/26 mövsümündəki ilk rəqibi müəyyənləşib. Bu, II təsnifat mərhələsinin bu gün keçirilən “Karvan-Yevlax” – “Sheki City” matçından sonra bəlli olub.
Qarşılaşmanın qalibi əlavə vaxtda bilinib. 3:1 hesabı ilə qalib gələn Yevlax təmsilçisi komandamıza rəqib olub.
Mövsümə 1/8 finaldan başlayacaq “Qarabağ” “Karvan-Yevlax”la evdə görüşəcək. Bu mərhələnin görüşləri dekabrın 2-3-də baş tutacaq.