“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi

“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi

Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 96-cı pillədə qərarlaşıb. “Qarabağ” 154,75 xala malikdirlər.

Komandamız Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. “Qarabağ” ötən ay açıqlanan siyahı ilə müqayisədə 17,50 xal artımına nail olub və 38 pillə irəliləyib. Komandamız ötən cədvəldə 137,25 xalla 134-cü pillədə qərarlaşmışdı.

15