“Qarabağ” – “İmişli” – 2:0
Abdullah Zubir, 52, Emmanuel Addai, 82
Komandamız növbəti oyununu keçirib.
“Qarabağ” Misli Premyer Liqasının X turunda “İmişli”ni qəbul edib. Görüş “Azersun Arena”da baş tutub.
Komandamız matça aşağıdakı “11-lik”lə çıxıb: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Oyun komandamızın üstünlüyü ilə keçib. Çoxsaylı hücumlar edən “Qarabağ” yalnız ikinci hissədə rəqibin qapısına yol tapıb.
Fasilədən az sonra Abdullah Zubir hesabı açıb. Kapitanımız 52-ci dəqiqədə qol sevinci yaşayıb.
Hücumlarını davam etdirən komadamız görüşün sonlarında fərqi artırıb. Meydana sonradan daxil olan Emmanuel Addai 82-ci dəqiqədə fərqlənib.
Beləliklə, komandamız ev oyununda 2:0 hesablı qələbə qazanıb. Bununla da xallarının sayını 20-yə yüksəldən “Qarabağ” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 5-də keçirəcək. UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turundakı ev matçında rəqib “Çelsi” olacaq.