Komandamız “Tvente” ilə qarşılaşdı

Komandamız “Tvente” ilə qarşılaşdı

Komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışında növbəti yoxlama oyununlarını keçirib. Qurban Qurbanovun yetirmələri Niderland təmsilçisi “Tvente” ilə bir gündə iki matça çıxıb.

 

“Tvente” – “Qarabağ” – 2:3

 

Komandamız ilk görüşə aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 18. Dani Bolt, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə.

 

Oyun qarşılıqlı hücumlarla başlayıb. Niderland klubu ilk yarım saatda iki dəfə fərqlənərək önə keçib. Buna baxmayaraq, futbolçularımız təslim olmayıb və geridönüş etməyi bacarıblar.

 

Birinci hissənin sonlarında Abdullah Zubir və Leandro Andradenin qolları sayəsində komandamız hesabı bərabərləşdirib. İkinci hissədə isə bir qol qeydə alınıb. Kapitan Abdullah Zubir dubla imza ataraq, komandamıza 3:2 hesablı qələbə qazandırıb.

 

“Tvente” – “Qarabağ” – 2:1

 

Komandamızın ikinci oyun üçün start heyəti belə olub: 1. Şahiddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 19. Mehdi Mütəllimli, 17. Rüstəm Əhmədzadə, 11. Emmanuel Addai, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı.

 

Bu dəfə Niderland klubu qələbə qazanıb – 2:1. Komandamızın heyətində Abbas Hüseynov fərqlənib.

 

Qeyd edək ki, komandamız Avstriya toplanışı çərçivəsində son yoxlama görüşünü iyulun 15-də yerli “Zalsburq” klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

5