Avstriya gündəliyi – 08.07.2025

Avstriya gündəliyi – 08.07.2025

Komandamızın Avstriyada təşkil olunan təlim-məşq toplanışı davam edir. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində keçirilən hazırlıq prosesinin 6-cı gününü yekunlaşdırıb.

 

Komandamız günü bir məşqlə tamamlayıb. İyulun 7-də yoxlama oyununda Ukrayna təmsilçisi “Metallist 1925”lə görüşən “Qarabağ” bu gün bərpa məşqi keçib.

 

Qeyd edək ki, iyulun 2-də Avstriyaya yollanan komandamız hazırlıq dövründə 4 yoxlama görüşü keçirəcək.

8