Misli Premyer Liqasının IV turunun “Qarabağ” - “Zirə” oyunundan (1:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Yaxşı mübarizəli oyun oldu. Sonlarda matçın bitməsini istəmirdim. Düşünürdüm ki, görüş daha 15-20 dəqiqə davam etsin, futbolçular yorğun halda xarakter göstərsinlər. Ümumilikdə futbolçuların göstərdiyi əzmkarlıqdan razı qaldım. Qarşımızda bizə qarşı yaxşı hazırlaşan komanda var idi. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Yekunda xallarımızın üzərinə daha bir xal əlavə etdik”.