“Azersun Arena”da qolsuz sülh

“Azersun Arena”da qolsuz sülh

 “Qarabağ” – “Şamaxı” – 0:0

 

“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. Komandamız IX turun matçında “Şamaxı”nı qəbul edib.

 

Baş məşqçimiz Qurban Qurbanov “Azeruns Arena”da baş tutan görüşdə aşağıdakı start “11-liy”inə şans verib: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

 

Oyun komandamızın ərazi üstünlüyü ilə keçib. Topa daha çox sahib olan futbolçularımız meydanın rəqibə aid hissəsində qol axtarışında olublar. Rəqib isə əsasən əks-hücumlarla təhlükəli vəziyyətlər yaratmağa çalışıb. Hər iki hissə, demək olar ki, eyni ssenaridə keçib. Komandamız qol imkanları yaratmağa nail olsa da, rəqib qapısına yol tapmayıb. Beləliklə, görüş qolsuz sülhlə başa çatıb.

 

Bu nəticədən sonra ehtiyatında hələ bir oyun olan komandamız 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu oktyabrın 31-də səfərdə “İmişli”yə qarşı keçirəcək.

38