Komandamızın Avstriya toplanışı davam edir. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunan hazırlıq prosesinin 12-ci gününü yekunlaşdırıb.
Komandamız günü iki məşqlə başa vurub. Hər iki hazırlıq prosesi toplu çalışmalardan ibarət olub.
Qeyd edək ki, komandamız sabah Avstriyada dördüncü yoxlama oyununu keçirəcək. Rəqib yerli “Zalsburq” olacaq.