Klubumuzun 6 futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb. Rəşad Alışov, Məsud Əlişanlı, Eltun Babazadə, Mehdi Mütəllimli, Əliəkbər Rzazadə və Əhməd Vəliyev 19 yaşadək futbolçulardan ibarət yığmanın heyətində avqustun 30-dan 31-dək Bakıda, sentyabrın 1-dən 10-dək isə Sloveniyanın Çatej şəhərində təlim-məşq toplanışında olacaqlar.
Millimiz Çatej toplanışı çərçivəsində İslandiya (3 sentyabr), Farer adaları (6 sentyabr) və Polşanın (9 sentyabr) müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq turnirində üz-üzə gələcək.