Prezident İlham Əliyev “Qarabağ” klubunu təbrik etdi

Prezident İlham Əliyev “Qarabağ” klubunu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Kopenhagen”i evdə 2:0 hesabı ilə məğlub etməsi ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

 

Paylaşımı təqdim edirik:

 

“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

 

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

3