“Qarabağ” – “Kopenhagen” – 2:0
Abdullah Zubir, 28, Emmanuel Addai, 83
Komandamız Çempionlar Liqasında növbəti oyununu keçirib. “Qarabağ” Liqa mərhələsində ilk ev matçına çıxıb.
II turda rəqibimiz “Kopenhagen” olub. Görüşə daha fəal başlayan komandamız üstünlüyü ələ alıb. Bu, hesabın açılması ilə nəticələnib. Abdullah Zubir ilk yarının ortalarında fərqlənib.
Ardınca komandamız daha bir neçə dəfə qola yaxın olsa da, fasiləyədək hesab dəyişməz qalıb. İkinci hissəyə Danimarka klubu fəal başlasa da, “Qarabağ” bu təzyiqin qarşısını inamla alaraq yenidən fərqlənib. Bu dəfə Emmanuel Addai qol sevinci yaşayıb – 2:0.
Beləliklə, ilk turda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edən komandamız ardıcıl 2-ci qələbəsini qazanıb. “Qarabağ” 6 xalla mərhələnin liderləri arasında yer alıb.
Qeyd edək ki, III turda rəqibimiz “Atletik” olacaq. Bilbao təmsilçisi ilə İspaniyadakı görüş oktyabrın 22-də baş tutacaq.