“Xeyli sayda qol epizodumuz oldu”

“Xeyli sayda qol epizodumuz oldu”

Misli Premyer Liqasının VI turunun “Qarabağ” – “Səbail” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Hələ tam heyətlə birgə deyilik. Bəzi oyunçularımızda zədə var idi, Yassin Benzia milli komandasından gec gəlmişdi. Buna baxmayaraq, futbolçular çox əziyyət çəkdilər. Xeyli sayda qol epizodumuz oldu. Sadəcə, istifadə edə bilmədik. Qarşımızda yaxşı müdafiə olunan və sürətli əks-hücuma çıxan kollektiv var idi”.

 

Baş məşqçi yeni transfer Aleksey Kaşukun hazırkı durumu barədə də məlumat verib: “Ona bir az vaxt lazım olacaq. Məşqlərdə fəal iştirak edir. Uzun müddət oynamayıb, kollektiv məşqlərdən uzaq olub. Çox risk etmək istəmirik. Məncə, daha bir neçə oyun bu cür davam edəcəyik. Özünü məşqlərdə necə göstərməsindən də çox şey asılı olacaq”.

5