“Sumqayıt” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

“Sumqayıt” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XII turun təyinatları açıqlanıb.

 

Komandamızın “Sumqayıt”la görüşünün hakimləri və rəsmiləri müəyyənləşib. Matçın baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami və Kərim Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.


Kamal Umudlu VAR, Akif Əmirəli AVAR olacaq. Munis Abdullayev hakim-inspektor, Zümrüd Ağayev AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.

9