7 futbolçumuz U-15-də

7 futbolçumuz U-15-də

Klubumuzun 7 futbolçusu Azərbaycanın U-15 millisinə çağırılıb. Oqtay Mehrəliyev, Raul Əliyev, Ruhid Məmmədli, Məhəmmməd Ağamaliyev, Səbran Muradlı, Həsən Mürşüdzadə və Abbas Məmmədli 15 yaşadək futbolçulardan ibarət yığmanın noyabrın 18-dən 24-dək Moldovanın paytaxtı Kişineuda keçiriləcək təlim-məşq toplanışında olacaqlar.

 

U-15 Moldova toplanışı çərçivəsində UEFA-nın İnkişaf Turnirində iştirak edəcək.

8