Səfər oyununda qələbə

Səfər oyununda qələbə

“Zirə” - “Qarabağ” - 1:3

Ceyhun Nuriyev, 40 – Toral Bayramov, 18, Emmanuel Addai, 33, Abdullah Zubir, 88

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının V turunun son günündə meydana çıxıb. “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub.

 

Komandamız görüşə aşağıdakı start heyəti ilə çıxıb: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Beniza, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.

 

İlk dəqiqələrdən hücumlar quran komandamız 18-ci dəqiqədə istəyinə çatıb. Cinah ötürməsini Toral Bayramov başla dəqiq tamamlayıb. Bir qədər sonra yeni transferimiz Emmanuel Addai debüt matçında fərqlənməyi bacarıb. Rəqib fasilə ərəfəsində fərqi minimuma endirib.

 

İkinci hissə də komandamızın ərazi üstünlüyü şəraitində keçib. Ön xətdə fəallıq nümayiş etdirən futbolçularımız sona yaxın üçüncü topu rəqib qapısından keçiriblər. Abdullah Zubir qarşılaşmada son nöqtəni qoyub. Beləliklə, komandamız 3:1 hesablı səfər qələbəsi qazanaraq, aktivindəki xalların sayını 9-a çatdırıb.

 

Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra növbəti matçını sentyabrın 14-də keçirəcək “Qarabağ” “Azersun Arena”da “Səbail”i qəbul edəcək.

18