Beş futbolçumuz U-18-də

Beş futbolçumuz U-18-də

“Qarabağ”ın beş futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Teymur Həsənov, Məsud Əlişanlı, Cavid Məlikov, Rəşad Alışov və Əliəkbər Rzazadə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına dəvət alıblar.

 

Hazırlıq prosesi sentyabrın 16-dan 24-dək Qəbələdə təşkil olunacaq. U-18-in toplanış çərçivəsində yerli klublarla 2 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.

 

7