“Neftçi”  - “Qarabağ” oyununun yeri dəyişdirildi

“Neftçi”  - “Qarabağ” oyununun yeri dəyişdirildi

 Komandamızın “Neftçi” ilə oyunlarının yeri dəyişdirilib. Bu barədə qərarı PFL verib.

 

Buna “Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmamağı səbəb olub. Klub 7-ci turda  “Qarabağ”a  qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı PFL-ə rəsmi müraciət edib.

 

“Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi”nin rəsmi müraciətini, “Qarabağ”ın rəsmi razılığını rəhbər tutan qurum aşağıdakı qərarları qəbul edib:

 

Misli Premyer  Liqasının 7-ci turunun “Neftçi”  - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ”  - “Neftçi”  oyununun yeri dəyişdirilsin.

 

7-ci turun “Qarabağ”  - “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da  oynanılsın.

 

Klubların əvəzedici heyətləri arasında baş tutacaq  oyunların proqramı  əvvəlcədən açıqlandığı kimi saxlanılsın.

 

5