Musa Qurbanlı "Qarabağ"da

Musa Qurbanlı "Qarabağ"da

Klubumuz yeni mövsüm üçün ikinci transferini reallaşdırıb: komandamız hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

 
Klubumuzla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçumuz 2027-ci ilin yayına qədər komandamızda çıxış edəcək.
 
Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-20-ci illərdə komandamızın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubumuzun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

 
Qeyd edək ki, klubumuzun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

 

25