“Azersun Arena”da bir qol

“Azersun Arena”da bir qol

“Qarabağ” – “Turan Tovuz” – 0:1

Otto Con, 17 (pen.)

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasında IV turun matçına çıxıb. Futbolçularımız ikinci gününün ilk görüşündə “Turan Tovuz”la üz-üzə gəlib.

 

Turnir cədvəlinin liderlərinin qarşılaşması “Azersun Arena”da baş tutub. Komandamız görüşə aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade.

 

Oyuna daha fəal başlayan komandamız rəqib qapısı önündə bir neçə yaddaqalan epizod yaradıb. Amma hesabı qonaqlar açıblar. Görüşün 17-ci dəqiqəsində Otto Con fərqlənib. O, penaltini dəqiq yerinə yetirib.

 

Buraxılan topdan sonra ön xətdə daha da fəallaşan komandanız üstünlüyə yiyələnib. Amma çoxsaylı hücumlar dəqiq zərbə ilə tamamlanmayıb. Müdafiədə də etibarlı oynayan komandamız bərabərlik qolu üçün əldə olunan imkanlardan yararlana bilməyib. Beləliklə, bir qolun vurulduğu matçda “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, komandamız növbəti matçını avqustun 28-də Çempionlar Liqasında Zaqreb “Dinamo”suna qarşı keçirəcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

19