Futbolçularımızın "Zirə" klubundakı icarə müddəti uzadılıb
Futbolçularımız İsmayıl İbrahimli və Rüstəm Əhmədzadənin "Zirə" klubundakı icarə müddəti uzadılıb. Əldə olunmuş razılığa əsasən, oyunçularımız 2024/25 mövsümünün sonuna qədər "Zirə"də çıxış edəcək.
Qeyd edək ki, İsmayıl və Rüstəm 2023/24 mövsümündə də icarə əsasında “Zirə” forması geyinib.