Zubirdən 70-ci qol

Zubirdən 70-ci qol

Abdullah Zubir komandamızın heyətində 70-ci qolunu vurub. Fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın VI turunun “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib.

 

O, bu qarşılaşmada hesabı açıb. Zubir komandamızdakı 70-ci qolunu 322-ci oyununda vurub. Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

 

Qeyd edək ki, Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

12