U-15 ÇEMPİON

U-15 ÇEMPİON

15 yaşadək futbolçulardan ibarət komandamız Azərbaycan çempionu olub. Komandamız AFFA U-15 Liqasının final oyununda “Sabah”la üz-üzə gəlib. “ASCO Arena”da keçirilən görüş məhsuldar heç-heçə ilə nəticələnib – 2:2.

 

Komandamızın qollarını Eldar Abbasov və Kəmaləddin Cəfərli vurub. Çempionun adına penaltilər seriyasında aydınlıq gəlib.

 

18:17 hesablı qələbə qazanan komandamız U-15 Liqanın qalibi olub. Görüşdən sonra “Qarabağ”a kubok və qızıl medallar təqdim edilib.

31