U-13 ÇEMPİON

U-13 ÇEMPİON

13 yaşadək futbolçulardan ibarət komandamız Azərbaycan çempionu olub. “Qarabağ” U-13 Liqasının bu gün keçirilən final oyununda “Neftçi” ilə görüşüb.

 

Qarşılaşma Bayıl qəsəbəsindəki “ASCO Arena”da baş tutub. Final matçının taleyini bir qol həll edib.

 

U-13 komandamızın vurduğu qol “Qarabağ”a çempionluq qazandırıb – 1:0. Görüş bitdikdən sonra komandamız kubok və medallarla təltif olunub.

15