Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kopenhagen”ə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Oktyabrın 1-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşə Niderlanddan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Serdar Gözübüyük idarə edəcək. Həmyerliləri Ervin Zeinstra və Patrik İnia oyunun baş hakiminin köməkçiləri olacaqlar. Yannik Van Der Laan dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Rob Dieperink və Jeroen Manşot olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
1 oktyabr
23:00. “Qarabağ” – “Kopenhagen”
Baş hakim: Serdar Gözübüyük
Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia
Dördüncü hakim: Yannik Van Der Laan
VAR: Rob Dieperink
AVAR: Jeroen Manşot
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu