“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi

“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi

Komandamızın UEFA Çempionlar Liqasının 2024/25 mövsümündəki ilk rəqibi bu gün müəyyənləşəcək. II təsnifat mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində keçiriləcək.

 

UEFA püşkdən əvvəl komandaları və cütləri qruplara bölüb. Klubumuz 3-cü qrupda yer alıb.

 

Azərbaycan çempionu olan komandamız səpələnmişlər sırasındadır. “Qarabağ”ın mümkün rəqibləri “Flora” (Estoniya) – “Selye” (Sloveniya), “Virtus” (San-Marino)– “Styaua” (Rumıniya), “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütlərinin qalibləri və “Yagellonya” (Polşa) klubudur.

 

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

18