“Qarabağ” Futbol Akademiyasının daha iki oyunçusu U-19 millisində

“Qarabağ” Futbol Akademiyasının daha iki oyunçusu U-19 millisində

Akademiyamızın oyunçuları Məsud Əlişanlı və Mehdi Mütəllimli 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıblar. Onlar öncədən yığmaya çağırılan Rəşad Alışov, Cavid Məlikov, Eltun Babazadə, Əliəkbər Rzazadə, Hikmət Cəbrayılzadə və Şahismayıl Cəfərovla birlikdə millimizin heyətində Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq.

 

Yığmamız bu gün Çexiya, 15 noyabrda Şimali İrlandiya və 18 noyabrda Malta ilə qarşılaşacaq. Oyunlar Maltada keçiriləcək.

17