Premyer Liqada 100-cü oyun

Premyer Liqada 100-cü oyun

Komandamızın futbolçusu Kevin Medina Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi VI tura təsadüf edib.

 

“Qəbələ” ilə ev matçına (2:0) start heyətində çıxan kolumbiyalı müdafiəçi Azərbaycan çempionatında 100-cü oyununu keçirib. Cənubi amerikalı Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.

 

Qeyd edək ki, Medina “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 36-cı futbolçudur.

18