Mateus Silva “FC 26 Football Ultimate Team”də yer aldı!

Mateus Silva “FC 26 Football Ultimate Team”də yer aldı!

Futbolçumuz Mateus Silva, Çempionlar Liqasının son həftəsində göstərdiyi performansa görə “EA Sports FC 26” oyununda “Football Ultimate Team” rejimində “UEFA Prime Time” oyunçuları arasında yer alıb!

Bu nominasiya, turnirin ən parlaq çıxış edən futbolçularını bir araya gətirən xüsusi seçmə heyətdir.

Mateus Silva son qarşılaşmalardakı etibarlı oyunu və komandanın müdafiəsindəki rolu ilə diqqət çəkib.

Mövzu ilə bağlı "Qarabağ" Futbol Klubunun rəsmi saytına açıqlama verən Mateus Silva bildirib ki, bütün bunlar komandanın birgə səyi nəticəsində baş verib.

"Ultimate Team" futboluna daxil edildiyim üçün çox xoşbəxtəm, bütün bunlar komandamızın gördüyü möhtəşəm iş sayəsində mümkün olub".

20