Evdə qələbə

Evdə qələbə

“Qarabağ” - “Səbail” - 2:1

Leandro Andrade, 5, 56 - Fərid Nəbiyev, 58

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının VI turu çərçivəsində evdə “Səbail”i qəbul ediblər.

 

Komandamız görüşü aşağıdakı heyətlə keçirib: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev (66. Patrik Andrade, 75), 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva (30. Abbas Hüseynov, 75), 6. Julio Romao, 15. Leandro Andrade (11. Emmanuel Addai, 75).

 

Oyuna sürətli başlayan futbolçularımız erkən qolla hesabı açmağa müvəffəq olublar. Sol cinahdan qurulan sürətli hücumu Leandro Andrade dəqiq zərbə ilə tamamlayıb. Birinci hissənin qalan dəqiqələri də komandamızın üstünlüyü şəraitində keçib. Bir neçə real qol vəziyyəti yaradılsa da, fərqlənmək mümkün olmayıb.

 

Komandamızın cəhdləri 56-cı dəqiqədə bəhrəsini verib. Bu dəfə Olavio Juninyodan ideal ötürmə alan Leandro Andrade özünün və komandamızın ikinci qolunu vurub. Qonaqlar 58-ci dəqiqədə fərqi minimuma endiriblər. Buna baxmayaraq, üstünlüyü sona qədər qoruyan komandamız 2:1 hesablı qələbə qazanaraq, aktivindəki xalların sayını 12-yə çatdırıb.

 

Qeyd edək ki, növbəti matçını sentyabrın 20-də keçirəcək “Qarabağ” səfərdə “Neftçi”nin qonağı olacaq.

9