Azərbaycan millisinin təlim-məşq toplanışına qatılan komandamızın futbolçusu Elvin Cəfərquliyev yığmanın düşərgəsini tərk edib. Buna onun yüksək bədən temperaturu səbəb olub. Bu səbəbdən Elvin millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.