qarabagh-

Tahir Gözəl

“Qarabağ”ın inkişafında və uğurlarında əvəzsiz xidməti olan Tahir Gözel 1972-ci ildə anadan olub. 1994-cü ildə Şeffild Universitetinin Menecment fakültəsini, 1995-ci ildə isə Fransada Sup De Co Universitetini bitirib.

2003-cü ildə “Qarabağ” Futbol Klubunun vitse-prezidenti təyin edilib. 2015-ci ilin sentyabrından “Qarabağ”ın prezidentidir.

Klubda çalışdığı illərdə komandamız 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qalibi olub, ardıcıl 11 dəfə avrokubokların əsas mərhələsinə, bir dəfə Çempionlar Liqasının qrupuna, bir dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.