qarabagh-

Abdolbari Gozal

Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verən Abdolbari Gozal 23 avqust 1949-cu ildə anadan olub. O, bu xidmətlərinə görə "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holdinq"in qurucusu olub.

O, 2001-15-ci ildə “Qarabağ”ın prezidenti, 2015-ci ildən fəxri prezidenti olub. Bu müddətdə komandamız 10 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qalibi olub, ardıcıl 11 dəfə avrokubokların əsas mərhələsinə, bir dəfə Çempionlar Liqasının qrupuna, bir dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.

18 yanvar 2025-ci ildə vəfat edib