2004-cü ildən klubumuzun uğurları üçün çalışan Emrah Çelikel 1976-cı ildə anadan olub. Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib. 1998-2003 illərdə “Azersun Holdinq”'də çalışıb. 2004-cü ildən "Qarabağ" futbol klubunun direktorudur. Onun klubda çalışdığı illərdə komandamız 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qalibi olub, ardıcıl 11 dəfə avrokubokların əsas mərhələsinə, bir dəfə Çempionlar Liqasının qrupuna, bir dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.