“Qarabağ”dan 4 cavabsız qol

“Qarabağ”dan 4 cavabsız qol

“Qarabağ” – “Zirə” – 4:0

 

Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” ilk yoxlama oyununu keçirib. Komandamız Bakı toplanışı çərçivəsində “Zirə” ilə görüşüb.

 

Matç “Azersun Arena”da baş tutub. Komandamız ilk yarını aşağıdakı “11-lik”lə keçirib: Mateuş Koxalski, Toral Bayramov, Mateus Silva, Kevin Medina, Marko Yankoviç, Dani Bolt, Kadi Borqes, Pedro Bikalyo, Leandro Andrade, Abdullah Zubir (k), Nəriman Axundzadə.

 

“Qarabağ” fasiləyədək hesabı açıb. Matçda avtoqol qeydə alınıb. İkinci hissədə fərqli “11-lik” çıxıb.

 

Baş məşqçimiz Qurban Qurbanov aşağıdakı oyunçulara şans verib: Şahrudin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov (k), Abbas Hüseynov, Elvin Cəfərquliyev, Hikmət Cəbrayılzadə, Emmanuel Addai, Redon Cica, Aleksey Kaşuk, Rüstəm Əhmədzadə, Musa Qurbanlı.

 

İkinci hissə daha məhsuldar alınıb. Öncə Emmanuel Addai fərqi iki topa çatdırıb. Ardınca Aleksey Kaşuk rəqib qapısına yol tapıb. Görüşdə son nöqtəni Musa Qurbanlı qoyub – 4:0.

 

Beləliklə, iyunun 18-dən təlim-məşq toplanışında olan komandamız ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb. “Qarabağ” Avstriya toplanışında daha 4 sınaq matçı keçirəcək.

8