Məğlubedilməz çempionlar klubumuzun bazasında

Məğlubedilməz çempionlar klubumuzun bazasında

İlk dəfə Azərbaycanda keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları klubumuzun bazasında olublar. Yüngül çəkidə UFC-nin məğlubedilməz sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gələn, çəkisindən asılı olmayaraq ən yaxşı döyüşçü sayılan Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçov, eyni kateqoriyada Bellatorun məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov komandamızı ziyarət ediblər.

 

Qonaqları klubumuzun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov qarşılayıblar. Görüş zamanı UFC-nin ulduzları ilə həm MMA, həm futbol barədə fikir mübadilələri aparılıb.

 

Döyüşçülər klubumuzun bazası ilə də tanış olub, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularımızla da görüşərək biri-birilərinə  uğurlar arzulayıblar. Qonaqlara klubumuzun formaları və xatirə hədiyyələri təqdim olunub, xatirə fotoları çəkilib.

19